Polis itkin düşmüş kimi axtarılan 4 nəfəri tapıb

Noyabrın 20-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk ediblər.

Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.