Bakı səmasında naməlum obyekt marağa səbəb oldu – Video

Müğənni Elvin Babazadə Bakı səmasında naməlum obyekt görüb.

Bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.

Müğənninin paylaşdığı görüntülərdə səmada hərəkət edən naməlum obyekt diqqət çəkib.

Elvin Babazadə gördüyü mənzərəyə təəccübünü gizlətməyib.

Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. Naməlum obyektin nə olduğu isə hələlik məlum deyil.