Peruda 6,7 maqnitudalı zəlzələ baş verib

Perunun Xunin bölgəsində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Xunin bölgəsindəki Karhuamayo yaşayış məntəqəsindən 9 kilometr şimal-şərqdə yerləşib.

Yeraltı təkanlar 108 kilometr dərinlikdə baş verib. Zəlzələ paytaxt Lima regionunda da hiss olunub.

Peru Milli Mülki Müdafiə İnstitutu (INDECI) indiyədək zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyan barədə məlumat daxil olmadığını açıqlayıb.