Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb

Pentaqon UNO-larla bağlı məxfi sənədlərin səkkizinci partiyasını ictimaiyyətə açıqlayıb. Yeni yayımlanan materiallara 40 sənəd və üç video daxildir.

Pentaqon bu dəfə 1947–1952-ci illərdə qeydə alınmış təxminən 1 500 UNO müşahidəsi barədə məxfi məlumatları açıqlayıb.

Bu barədə xüsusi hökumət portalında dərc olunan sənədlərdə bildirilib ki, 1952-ci ilin oktyabrına aid CIA hesabatına əsasən, həmin ilin iyulunda ABŞ-da 250 rəsmi UNO müşahidəsi qeydə alınıb. Hərbi Hava Qüvvələri bu hesabatların 20 faizini izah edə bilməyib.