Qatarların hərəkəti intervala uyğun təmin edilir.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov News24.az -ın sorğusuna cavab olaraq bildirib.
"Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", deyə o bildirib.
Bakının 28 May metro stansiyasında sərnişinlərin girişində məhdudiyyət yaranıb.
Stansiyanın girişində böyük insan sıxlığı müşahidə olunur.
Məlumata görə, giriş qapılarından yalnız biri işləyir. Bu səbəbdən sərnişinlər uzun növbədə gözləməli olurlar.