Meyit aparan mikroavtobus qəzaya uğradı: 14 yaralı var - Video

Türkiyənin İstanbul şəhərindən Amasya vilayətinin Göynücek rayonuna meyit aparan mikroavtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər yaralanıb.

Haberler.com-a istinadən, qəza səhər saat 08:00 radələrində baş verib. Yağış səbəbindən sürüşkən yolda sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus aşıb.

Avtomobildə sürücülərlə birlikdə 32 nəfər və meyit olub. Qəza zamanı nəqliyyat vasitəsində sıxışıb qalan bir nəfər xilasedicilər tərəfindən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.