Gəncə, 20 noyabr, AZƏRTAC Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” sərgisi çərçivəsində “Gələcəyin kənd təsərrüfatı 2026: elm, innovasiya və dayanıqlılıq” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə TECHERA və GBARU şirkətlərinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və ADAU-nun rəsmi tərəfdaşlığı ilə keçirilən “Regional Expo Gəncə 2026 – Sahibkarların təqdimat sərgisi”ndə universitet öz stendi ilə təmsil olunub. Burada ali təhsil ocağının elmi potensialı, təhsil imkanları, innovativ layihələri və aqrar sahə üzrə fəaliyyət istiqamətləri nümayiş etdirilib.Konfrans Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sektorun gələcək inkişafında elmi tədqiqatların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin rolundan bəhs edib. O, müasir çağırışların universitetlər, elmi-tədqiqat müəssisələri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini, eləcə də elmi nəticələrin istehsalata tətbiqini zəruri etdiyini bildirib.Rektor konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini, Elm komitəsi tərəfindən 237 tezisin qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 42 ali təhsil və elmi-tədqiqat müəssisəsini əhatə edən materialların müəllifləri olan 369 tədqiqatçıdan 107-si ADAU-nu, 262-si isə digər qurumları təmsil edir. Qəbul olunan tezislər arasında 97 magistrant və 28 doktorantın elmi işlərinin yer almasını gənclərin elmə marağının göstəricisi kimi dəyərləndirən Z.Qurbanov konfrans çərçivəsində 4-ü əyani, 3-ü onlayn olmaqla, ümumilikdə, 7 bölmə iclasının keçiriləcəyini qeyd edib.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin elm, təhsil və iqtisadi həyatındakı mövqeyindən danışaraq, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov aqrar sektorun ölkənin iqtisadi potensialının gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan söz açıblar. Onlar kənd təsərrüfatında innovasiyaların tətbiqinin və sahə üzrə dövlət siyasətinin prioritetlərinin icrasının vacibliyini qeyd ediblər.TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov aqrar sektorda rəqəmsal həllərin tətbiqindən, universitet-özəl sektor əməkdaşlığının genişləndirilməsindən və tələbələrin innovativ layihələrə cəlb olunmasından danışıb.UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov “Zaqatala – gələcəyin kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edərək, regionun aqrar potensialını və inkişaf perspektivlərini diqqətə çatdırıb.Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, torpaq və su ehtiyatlarının qorunması məsələlərinə toxunaraq aqrar inkişafda elmi-coğrafi və ekoloji yanaşmaların zəruriliyini qeyd edib.Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının müdiri Bəhruz Bayramov isə çıxışlarında sahənin inkişafında iqtisadi təhlillərin, biomüxtəlifliyin qorunmasının, təbii resurslardan səmərəli istifadənin və ekosistemlərin davamlılığının təmin olunmasının önəmini vurğulayıblar.Konfrans işini aqrar iqtisadiyyat və aqrobiznes, bitkiçilik və torpaqşünaslıq, dayanıqlı kənd təsərrüfatı, aqromühəndislik və mexanikləşdirmə, rəqəmsal texnologiyalar, eləcə də mütəxəssis hazırlığı istiqamətləri üzrə bölmə iclasları ilə davam etdirib. Müxbir - Elcan Məmmədov
Bu gün
3736 xəbər bu gün
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Müdafiə…
Xalq Bankın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə…
Alıcı ehtiyacını paylaşır, satıcı təklifini yerləşdirir, sistem isə onları uyğunlaşdırır. Tenderyard alış və satış elanlarını, ağıllı axtarışı və birbaşa ünsiyyət imkanlarını vahid platformada birləşdirir. Platformanın…
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir.
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Müdafiə…
Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib. Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm…
Antonio Adan peşəkar futbolçu həyatı ilə bağlı qərar verib. Ispaniyalı qapıçı 39 yaşında karyerasını başa vurub. “Real”ın və “Atletiko”nun formasındakı çıxışıyla tanınan futbolçu bu barədə sosial şəbəkə hesablarında…
Səhiyyə Nazirliyindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə təcili yardım maşınları ilə bağlı maraqlı göstəriş verilib. Bu barədə Mia.az-a verilən məlumata görə, tapşırığa əsasən, təcili yardım…
Onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Bunu Mətbuat Şurası (MŞ) İdarə…
“Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı müraciətdə qeyd…
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlaması gündəmdəki mühüm…
Bəzən səfərlər insana gözlənilməz, amma ruhu isidən və yaddaşlara əbədi həkk olunan görüşlər bəxş edir. Bu gün Bakıdan İstanbula uçan AZAL təyyarəsində “Rəşadət” ordenli Aydan Rəhimli ilə qarşılaşmaq mənə unudulmaz anlar…
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda ASCO tərəfindən hesabat dövrü üzrə həyata keçirilən layihələrin icra vəziyyəti…
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Sfera.az -a Bakı Metropolitenindən bildirlib. Qeyd edilib ki, bu səbəbdən hərəkət…
Noyabrın 21-22-də bəzi bürclər üçün sevgi, iş və maliyyə məsələlərində maraqlı yeniliklər gözlənilir. Şənbə günü aktivlik, yeni tanışlıqlar və təşəbbüslər ön plana çıxacaq. Bazar günü isə istirahətə, ailəyə və şəxsi…
В порту начался пожар.
Отец 23-летней Гюлары Мехдиевой, убитой 16 ноября в своем доме в Бинагадинском районе Баку, рассказал о психологических проблемах своего 16-летнего сына Айхана Мехдиева, которого обвиняют...
В бакинском метро произошёл технический сбой, вызвавший задержки поездов на Красной линии. Как сообщили в ЗАО «Бакметрополитен», кратковременная техническая неисправность возникла в устройстве регулирования движения...
Посол Республики Корея в Азербайджане Кимгу Кан заявил, что вскоре завершит дипломатическую карьеру. Как передает Day.Az со ссылкой на Trend, об этом он сказал на мероприятии, посвященном Дню основания Республики Корея…
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hücuma başlamaq imkanını nəzərdən keçirirlər. Bu barədə CBS News telekanalı vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
В рамках мероприятий по расширению возможностей морского бурения и наращиванию потенциала добычи Производственное объединение (ПО) "Азнефть" Государственной нефтяной компании Азербайджана (SOCAR) приобрело в Китае четыре…
Республика Корея и Азербайджан продолжают развивать сотрудничество в сферах энергетики, образования, здравоохранения и сельского хозяйства. Как передает Day.Az со ссылкой на Trend, об этом заявил посол Республики Корея в…
Руководитель рабочей группы Милли Меджлиса Азербайджана по межпарламентским связям с Италией Азер Керимли и депутат Тахир Миркишили 23 ноября посетят столицу Италии Рим. Об этом Day.Az сообщили в отделе по связям с…
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan yubanmaların səbəbi açıqlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, Qırmızı xətdə…
Dominik de Vilpen
Vanadzor şəhərində
"Azəriqaz" İB baş direktoru
Bakı Metropoliteni