10 yaşlı uşaq qonşu qızı güllələdi

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində 10 yaşlı oğlan 16 yaşlı qonşu qızını güllələyərək öldürüb.

“The New York Post”un məlumatına görə, hadisə yüksək səslə musiqi dinlənilməsi üstündə yaranan mübahisə zamanı baş verib. Oğlanın 40 yaşlı anası Elayna Qomes-Vilyeda qonşusu və onun qızı ilə dava edərkən oğlundan silah gətirməsini istəyib.

10 yaşlı uşaq tapança ilə 16 yaşlı Keynerleyn Plaza Rangelə iki dəfə atəş açıb. Güllələrdən biri qıza dəyib və o, həyatını itirib.

Hadisədən sonra polisə ananın özü məlumat verib. Qadına ikinci dərəcəli qətl ittihamı irəli sürülüb. Uşaq isə yaşına görə hələlik saxlanılmayıb. Onun barəsində mümkün ittiham məsələsinə daha sonra baxılacaq.