Müsəlmanların sayı bu tarixdə xristianları ötəcək – PROQNOZ

ABŞ-nin “Pew Araşdırma Mərkəzi”nin araşdırmasına görə, mövcud demoqrafik tendensiyalar davam edərsə, müsəlmanların sayı 2035-ci ildə xristianları üstələyə bilər.

Proqnozlara əsasən, 2035-ci ildə dünyada müsəlmanların sayının 2,57 milyarda, xristianların sayının isə 2,52 milyarda çatacağı gözlənilir.

Araşdırmada müsəlman əhalinin daha sürətlə artmasının əsas səbəbi yüksək doğum səviyyəsi ilə əlaqələndirilir. 2020–2025-ci illərdə müsəlman qadın başına düşən orta uşaq sayı 3,1, xristian qadınlarda isə 2,5 olub. Proqnozlara görə, 2070-ci ildə müsəlmanların sayı 3,6 milyarda, xristianların sayı isə 3 milyarda yüksələ bilər.

Araşdırmada həmçinin Pakistanın 461 milyon müsəlman əhalisi ilə dünyanın ən böyük müsəlman əhalisinə malik ölkəsinə çevriləcəyi bildirilir.

Qeyd edək ki, bu rəqəmlər mövcud demoqrafik göstəricilər əsasında hazırlanmış proqnozlardır.