“Real Madrid”lə BMW klubun Valdebebas bazasında rəsmi avtomobil təhvil-təslim mərasimi keçiriblər.
Tədbir klubla alman avtomobil istehsalçısı arasında tərəfdaşlığın dördüncü mövsümünə həsr olunub.
“Real Madrid” La Liqada 12 oyundan sonra 30 xalla ikinci yerdədir. Komanda lider “Barselona”dan (33 xal) üç xal geri qalır. .
“Real” İspaniya çempionatının 13-cü turunda növbəti oyununu “Santyaqo Bernabeu” stadionunda “Selta”ya qarşı keçirəcək.
(publika.az)