Ukraynanın paytaxtı Kiyevə Rusiya ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində ilkin məlumata görə, 3 mülki şəxs həyatını itirib, təxminən 15 nəfər yaralanıb.
Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında paylaşım edərək Rusiyanın şəhərə raketlərlə hava zərbələri endirdiyini bildirib.
Onun sözlərinə görə, hücum zamanı paytaxtdakı bəzi körpülər, yaşayış binaları və infrastruktur obyektləri zərər görüb.
Kliçko ilkin məlumatlara əsasən, hücum nəticəsində 3 nəfərin öldüyünü, 15-ə yaxın şəxsin yaralandığını qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı açıqlamada isə ölkənin müxtəlif bölgələrinə qarşı hava hücumlarının davam etdiyi bildirilib.