Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəməndə fəaliyyət göstərən “Ənsarallah” terror təşkilatı (husilər) tərəfindən ölkənin cənubuna buraxılan bir ballistik raketi və üç dronu məhv edib.
Bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.
“Hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən cənub bölgəsinə atılan ballistik raketi ələ keçirərək məhv edib”, - o bildirib.
Əl-Maliki son üç saat ərzində ölkənin cənub hissəsində üç dronun məhv edildiyini də açıqlayıb.