Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci ildə əhaliyə 8 milyard 950 milyon manat ödəyəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 753 milyon 600 min manat, 2025-ci illə müqayisədə isə 1 milyard 700 milyon manat çoxdur.
DSMF-yə istinadən, gələn il fondun ümumi xərclərinin 9 milyard 273 milyon manat olacağı gözlənilir. Xərclərin 96,5 faizi əhaliyə ödənişlərə yönəldiləcək. Bu ödənişlərin 8 milyard 669 milyon manatı pensiyalara, 280 milyon 600 min manatı isə sosial sığorta hesabına verilən müavinətlərə ayrılacaq.
2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdiriləcəyi gözlənilir. Proqnoza görə, orta aylıq pensiya 639 manata, yaşa görə orta aylıq pensiya isə 680 manata çatacaq.
Fondun 2027-ci il üzrə gəlirləri 9 milyard 221 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnoz göstəricisindən 897 milyon 400 min manat və ya 10,8 faiz daha çoxdur.