Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir. Müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanacaq. Müraciət üçün son tarix dekabrın 20-sidir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Layihələrdə innovativlik, problemlərə yeni və ya daha təkmil həllər təklif olunması, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq məsələləri, müvafiq sahədə strateji dövlət sənədlərinin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəyə dair ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq. Agentlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələri 2027-ci ilin I rübü ərzində elan olunacaq.Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına uyğun təşkil edilir.Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:• Kiçik qrant müsabiqələri üzrə: 30.000 manat (icra müddəti 6 ayadək);• Böyük qrant müsabiqəsi üzrə: 70.000 manat (icra müddəti 9 ayadək).Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:I . Azərbaycançılıq: yad ideoloji təsirlərə qarşı ictimai səfərbərlik (Azərbaycançılıq məfkurəsinin yad, zərərli ideoloji təsirlərə qarşı milli sipər kimi izahına, bu fəlsəfənin cəmiyyətdə vahid amal, həmrəylik, tərəqqi uğrunda birləşdirici, səfərbəredici qüdrətinə, milli ideya kimi dəyərinə, yüksək mədəniyyətli vətəndaş (insan) formalaşdırma missiyasının təhlilinə, ana dilinin saflığının qorunmasına, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair layihələrə üstünlük veriləcək);II. QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı (QHT-lərin sosial media platformalarında ictimai hesabatlılığının artırılmasına, süni intellekt alətlərindən düzgün və nəticəyönümlü istifadəsinə, cəmiyyətin rəqəmsal təhlükəsizliyinin qorunmasına dair maarifləndirici fəaliyyətinin gücləndirilməsinə, uşaqların zərərli informasiyalardan və asılılıqlardan müdafiəsinə dair valideyn və təhsilverənlərin sayıqlılığının artırılmasına yönəlik layihələrə üstünlük veriləcək);III. Regionlarda aqrar sahədə təşəbbüslər(Aqrar sahədə resurs səmərəliliyinə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelinin təşviqinə, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasına, innovasiya, insan kapitalının inkişafına yönəlik layihələrə üstünlük veriləcək);IV. Ailə institutunun möhkəmləndirilməsi və sağlam, təhlükəsiz cəmiyyətin təşviqi(Boşanmaların qarşısının alınması üçün ictimai təşəbbüslərin artırılmasına, ənənəvi ailə dəyərlərinin qorunmasına, erkən nikahlara və insan alverinə qarşı mübarizəyə, əhalinin sağlamlığının və təhlükəsizliyinin gücləndirilməsinə, azad edilmiş ərazilərdə sakinlərlə işə və məşğulluq üzrə bacarıqların artırılmasına dair təşəbbüslərə üstünlük verilir);V. Beynəlxalq əhəmiyyətli təşəbbüslər (sərbəst) (Müstəmləkəçiliyin bütün növ təzahürlərinə, islamofobiyaya, ayrı-seçkiliyə qarşı mübarizəyə, mədəniyyətlərarası dialoqun təşviqinə, bu sahədə xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə, Azərbaycanın mina, itkinlər problemlərinə beynəlxalq səviyyədə diqqətin artırılmasına, Ermənistanın müharibə cinayətlərinin ifşasına və işğal dövründə Azərbaycan ərazilərindəki dağıdıcı fəaliyyətinə görə öhdəliklərinə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkilinə dair layihələrə üstünlük verilir)Bu istiqamət üzrə QHT-lər koalisiya şəklində də iştirak edə bilər. Bu halda koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun olmalı, koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır. Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (azərbaycan və ingilis dillərində), koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri) təqdim olunmalı, koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır. 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər. Koalisiya hər 2 müsabiqəyə (kiçik, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək. Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın sahə üzrə beynəlxalq təcrübəsinin olması, təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 188 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:• layihə təklifi; • layihənin icra planı; • layihənin xərclər smetası; • layihənin büdcəsinin maliyyə əsaslandırılması; • QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət • reyestrindən çıxarışının surəti; • QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti; • QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti; • maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar; • kiçik qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 3 (üç) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd; • böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd. Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 188 nömrəli Qərarı ilə ziddiyyət təşkil edən layihələr;• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu, plagiat layihələr;• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib gələrək öhdəliyi yerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri.Meyarlar:Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:• layihənin məqsədinin aydınlığı; • layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi; • layihənin icra müddətinin əsaslandırılması və davamlılığı; • layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu; • QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi; • layihə üzrə risklərin təhlili və səmərəli monitorinq mexanizmi; • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi; • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq; • layihədən gözlənilən nəticələr; • layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi. Texniki tələblər:• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il noyabrın 20-dən dekabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur;Əlaqə vasitələri:Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20. office@ngoagency.gov.az (+994 12) 493-15-81.
Bu gün
2217 xəbər bu gün
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə Modern.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildirlib. Noyabrın 20-də…
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən…
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb."Bir neçə…
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, əzmi…
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V. Məmmədov kənddəki evdə dəm qazından…
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Azərbaycanın bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib. Xidmətin məlumatına görə, Mingəçevir, Yevlax, Bərdə, Tərtər…
Noyabrın ikinci yarısı dörd bürcün nümayəndəsi üçün maliyyə baxımından uğurlu dövr ola bilər. Onların qarşısında gəlirlərini artırmaq, yeni qazanc mənbələri tapmaq və maddi vəziyyətlərini yaxşılaşdırmaq imkanları…
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının…
İran Fars körfəzinin şimalında, Buşehr sahillərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb. "Bir neçə…
Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə TASR məlumat yayıb. Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun…
Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. Ukrayna mediasına istinadən, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə…
Stokholm, 21 noyabr, AZƏRTAC İsveç paytaxtının hakimiyyət orqanları aqressiv davranış nümayiş etdirən və tədris prosesini pozan şagirdlər üçün xüsusi məktəblər sisteminin genişləndirilməsi imkanlarını nəzərdən keçirir…
Bakı, 21 noyabr, AZƏRTAC Mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində noyabrın 21-də Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel…
Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın…
Hanoy, 21 noyabr, AZƏRTAC Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv…
Hanoy, 21 noyabr, AZƏRTAC Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb…
Hanoy, 21 noyabr, AZƏRTAC Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq…
Hanoy, 21 noyabr, AZƏRTAC Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. AZƏRTAC xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan…
Azərbaycanda 2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşlar üçün bir rəsmi bayram qeyri-iş günü olacaq. Tribuna.az xəbər…
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli…
Misli Premyer Liqasında 12-ci tur davam edir. Ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1- artıq…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı video paylaşılıb. Tribuna.az xəbər verir ki,…
Yeni il bayramlarının ən sevilən komediyalarından biri olan “Evdə tək” (Home Alone) yenidən ekranlara qayıtmağa hazırlaşır. Filmin baş qəhrəmanı Kevin…
"Bulgari" brendini yüksək moda dünyasına çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində noyabrın 21-də Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel…
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən...
“Putin müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirdi”.
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Gəncədə xəstəxanaya çatdırılan 51 yaşlı kişi ölüb. Hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1975-ci il təvəllüdlü Elimdar İsayev Gəncə Abbas Səhət adına Birlışmiş Xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Heydər…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım edib. Moderator.az həmin paylaşımı təqdim edir:
Лекарство уже применяется в российских клиниках и спасло сотни пациентов с тяжелыми послеоперационными осложнениями.
Президент Украины Владимир Зеленский допустил возможность встречи с американским коллегой Дональдом Трампом и российским лидером Владимиром Путиным на саммите «Большой двадцатки» (G20) в США. По...
Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalının məlumatına görə, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa" süd…
21 ноября министр культуры Азербайджана Адиль Керимли встретился в Нью-Дели с министром культуры и туризма Индии Гаджендрой Сингхом Шекхаватом. Как передает Day.Az со ссылкой на министерство культуры Азербайджана…
Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin əmri ilə universitet əməkdaşının işdən azad edilməsi barədə yayılan məlumatı təkzib edib. Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. AZƏRTAC…