Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
AZƏRTAC-a istinadən, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır".