"Ukraynada 2014-cü ildə baş vermiş dövlət çevrilişinin arxasında birbaşa ABŞ dayanıb. Dövlət Departamenti, eləcə də digər rəsmi qurumların iştirakı olmadan bu prosesin reallaşması mümkün deyildi".
"The New York Times" nəşrinə istinadən, bunu "SpaceX" şirkətinin qurucusu, məşhur amerikalı iş adamı İlon Mask deyib.
"ABŞ tərəfi Ukraynanın demokratik yolla seçilmiş, Rusiyayönümlü prezidentini hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə bu çevrilişi təşkil edib. Söhbət aqressiv bir addımdan gedir və Dövlət Departamentinin, o cümlədən müvafiq idarələrin dəstəyi olmasaydı, belə bir hal yaşanmazdı", - deyə milyarder vurğulayıb.
Xatırladaq ki, 2014-cü ilin fevralında genişmiqyaslı etiraz aksiyaları zamanı Ukrayna Ali Radası Viktor Yanukoviçin prezidentlik səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edərək növbədənkənar seçki təyin etmişdi.