Bakı, 20 noyabr, AZƏRTAC 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtəsi, milli dövlətçilik salnaməsinin əlamətdar hadisəsidir. Bu tarix yalnız yeni siyasi təşkilatın yaranması deyil, həm də müstəqilliyinin ilk illərində ağır siyasi, iqtisadi və sosial sınaqlarla üzləşən Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki qeyri-sabitlik və dövlət müstəqilliyinə yaranan təhdidlər güclü siyasi iradəyə və xalqın etimadına əsaslanan yeni siyasi qüvvənin formalaşmasını obyektiv zərurətə çevirmişdi. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalıları və nüfuzlu ictimai-siyasi xadimləri xalqın böyük etimad bəslədiyi, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu prosesin mühüm mərhələsi 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət oldu. Azərbaycanın siyasi tarixinə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd cəmiyyətin sabitlik, güclü siyasi rəhbərlik və milli dövlətçiliyin qorunması istəyini ifadə edirdi. Ulu Öndər cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək onun müstəqil Azərbaycanın möhkəmləndirilməsi və inkişafında tarixi rol oynaya biləcəyini vurğulamışdı: “1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfər təşəbbüs qrupunun iştirakı ilə partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnaməsi və Proqramı təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, ölkənin mürəkkəb siyasi şəraitində milli maraqları, dövlətçiliyi və ictimai həmrəyliyi əsas götürən yeni siyasi qüvvənin əsası qoyuldu. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasi strategiyası partiyanın ideoloji və təşkilati əsaslarını möhkəmləndirdi. Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri təşkilatın tarixi missiyasını və inkişaf fəlsəfəsini ifadə edən əsas siyasi tezisə çevrildi. Partiyanın keçdiyi yol da göstərdi ki, onun yaranmasını şərtləndirən dövlətçilik idealları sonrakı mərhələlərdə Azərbaycanın inkişaf strategiyası ilə üzvi şəkildə uzlaşmışdır. 2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsi partiyanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu qərar Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xətt müasir dövrün çağırışlarına uyğun davam etdirildi, Azərbaycanın iqtisadi potensialı, beynəlxalq mövqeləri və dövlətçilik institutları daha da gücləndirildi. Dövlət başçısının YAP-ın VIII qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri bu varisliyin əsas mahiyyətini ifadə edir”. Deputat vurğulayıb ki, 2021-ci il martın 5-də keçirilən VII qurultay partiyanın institusional yenilənməsində mühüm mərhələ oldu. Qurultayda yeni Nizamnamə qəbul edildi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiqləndi. Həmin gün Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi onun ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin və qadınların dövlət idarəçiliyində iştirakına göstərilən diqqətin ifadəsi idi. 2021-ci il dekabrın 29-da təsdiqlənən yeni Proqram partiyanın müasir siyasi və geosiyasi reallıqlara uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Sənəddə Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət, insan amili və multikulturalizm əsas siyasi dəyərlər kimi təsbit olundu. Proqramın 11 strateji hədəfi isə iqtisadi inkişaf, insan kapitalı, sosial ədalət, şəffaflıq, vətəndaş cəmiyyəti, milli-mənəvi dəyərlərin qorunması, dünya azərbaycanlılarının həmrəyliyi, xarici siyasət, ordu quruculuğu və Böyük Qayıdış kimi prioritetləri əhatə edir. Mehriban Vəliyeva qeyd edib ki, YAP-ın fəaliyyətində konstruktiv siyasi dialoq və əməkdaşlıq prinsipləri də mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşan yeni siyasi konfiqurasiya, iqtidar-müxalifət münasibətlərində sağlam dialoqun təşviqi və siyasi institutlar arasında əməkdaşlığın genişləndirilməsi demokratik siyasi mədəniyyətin inkişafına xidmət edir. Dövlət başçısının “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri bu yanaşmanın əsas prinsipini ifadə edir. Dövlət müstəqilliyinin, suverenliyin və milli maraqların qorunması bütün siyasi qüvvələrin ortaq məsuliyyətidir. Onun sözlərinə görə, partiyanın ictimai-siyasi mövqeyini seçkilərin nəticələri də xarakterizə edir. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 92,12 faiz səs qazandı, həmin il sentyabrın 1-də keçirilən parlament seçkilərində partiya 68 mandat əldə etdi. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın 5855 üzvü bələdiyyə üzvü seçildi. Bu gün 769 min 811 üzvü birləşdirən partiya Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla yanaşı, Cənubi Qafqazın aparıcı siyasi qüvvəsidir. Onun geniş sosial bazasını birləşdirən əsas dəyərlər Vətənə sədaqət, dövlətçilik məsuliyyəti və ümummilli maraqlara bağlılıqdır. Deputat əlavə edib ki, 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultay Yeni Azərbaycan Partiyasının tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması tədbirə xüsusi tarixi və siyasi məna qazandırdı. Prezident İlham Əliyev proqram xarakterli çıxışında yeni ictimai-siyasi və geosiyasi reallıqları təhlil edərək partiyanın qarşısında duran vəzifələri və gələcək strateji hədəfləri müəyyənləşdirdi. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirildi və üzvləri seçildi. “Suverenliyin tam bərpasından sonra Böyük Qayıdış, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri və iqtisadi potensialın reallaşdırılması Azərbaycanın prioritet istiqamətlərindəndir. 1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası 34 il ərzində ölkənin ictimai-siyasi həyatında mühüm mövqe qazanaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına töhfə verib. Bu gün partiyanın əsas vəzifəsi Heydər Əliyevin dövlətçilik irsinə sadiqliyi qorumaq, Prezident İlham Əliyevin inkişaf strategiyasına töhfə vermək və müasir çağırışlara uyğun yenilənməkdir. Müstəqillik, azərbaycançılıq və milli maraqlara sədaqət prinsipləri YAP-ın tarixi missiyasının əsasını təşkil edir”, - deyə o fikrini yekunlaşdırıb.
Bu gün
168 xəbər bu gün
"Anthropic" şirkətində çalışan türkiyəli riyaziyyatçı Levent Alpöge şirkətin süni intellekt modeli "Claude" ilə birlikdə 167 ildir həllini gözləyən Riman hipotezinin sübutunu tapdığını açıqlayıb. Hələ müstəqil ekspertlər…
Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 18 nəfər ölüb, mindən çox insan xəstəxanaya yerləşdirilib. Lent.az xəbər verir…
Ağ Ev ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallinin televiziya kanallarına müsahibə verməsini məhdudlaşdırıb
Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 18 nəfər ölüb, mindən çox insan xəstəxanaya yerləşdirilib
ABŞ Prezidenti Donald Tramp İranla mümkün sülh razılaşmasının müvəqqəti deyil, daimi xarakter daşımalı olduğunu bildirib. Bizim.Media xəbər verir k, Amerika lideri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb…
Türkiyənin cənubundakı Hatay vilayətində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "TRT Haber"ə istinadən, Antakya rayonunda baş verən qəzada 11 nəfər xəsarət alıb. Yaralananlar…
Bakı, 22 noyabr, AZƏRTAC Ərəb Koalisiyası husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada pilotsuz uçuş aparatı (PUA) ilə hücumunun qarşısının alındığını açıqlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə koalisiyanın…
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda Fələstin HƏMAS hərəkatının Siyasi Büro rəhbəri Xəlil əl-Hayanın rəhbərlik etdiyi yüksək vəzifəli nümayəndə heyəti ilə görüşüb.
Biologiya elmləri doktoru Damir Udavliyev aloe, fikus, hortenziya və digər məşhur otaq bitkilərinin pişik və itlər üçün niyə ölümcül təhlükəli olduğunu izah edib. Zəhərli ev bitkilərinin siyahısı və onların heyvan…
Meksika ordusunun dörd hərbi qulluqçusu Sinaloa ştatında “Beltran Leyva” cinayətkar qruplaşmasının rəhbəri, “Çapo İsidro” ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak…
Более длительная поддержка смартфона обновлениями не должна быть решающей причиной покупки телефона премиум-класса. Об этом сообщает издание BGR, передает Day.Az со ссылкой на Lenta.ru. Хитрость производителей смартфонов…
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallinə süni intellektin texniki nasazlıqlara aidiyyəti olması barədə fərziyyəsindən sonra televiziya efirlərinə çıxmaq qadağan edilib. Bu barədə "The Wall Street Journal"…
Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb.
İranın Qərbi Azərbaycan vilayətində 4.5 maqnitudalı zəlzələ baş verib. “Report”a istinadən, yeraltı təkanlar Naxçıvanda da hiss olunub. Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7.16…
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir. “The Guardian“ nəşrinin məlumatına görə, hadisə Niger çayının deltasındakı qollardan birində baş…
Noyabrın 21-də Fransada qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin ümumi sayı 82 min 500 nəfərə çatıb. Bu barədə “Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin…
Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar.
Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Sampdoriya”nın “Benevento” üzərində 3:1 hesablı qələbəsinə töhfə verib. Genuyada keçirilən…
Avstriya Xarici İşlər Nazirliyi rəsmi veb-saytına kiberhücum edildiyini açıqlayıb. Hücum nəticəsində kiberdələduzlar nazirlik əməkdaşlarının və xaricdəki diplomatik nümayəndəliklərin rəsmi əlaqə məlumatlarına çıxış əldə…
İspaniya La Liqasında “Real Madrid” və “Selta” komandaları üz-üzə gəlib. Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib…
İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə keçirilmiş Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib
Liviyada silahlı qrupun “Əl-Hamada” neft kəmərini bağlaması nəticəsində ölkəyə 30,7 milyon dollardan çox maliyyə ziyanı dəyib
İspaniya La Liqasında “Real Madrid” və “Selta” komandaları üz-üzə gəlib
Rusiya və Gürcüstan bir sıra sahələrdə əlaqələri mərhələli şəkildə inkişaf etdirməyə hazırdırlar
İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib
Bel nahiyəsində ağrıları olan pasiyentlərin qarın əzələlərinin orta hesabla belə diaqnozu olmayan insanlarla müqayisədə daha kiçik olmadığı müəyyən edilib. Bu nəticəyə kompüter tomoqrafiyasının 33,5 mindən çox…
Rumıniyada pensiyaların yenidən hesablanmasını nəzərdə tutan qanunun qəbulundan sonra 60 mindən çox təqaüdçü məhkəməyə müraciət edib. İslahat bir sıra əhali qrupları üçün sosial…
Xərçəngin müalicəsində şiş hüceyrələrini daha dəqiq hədəfə alan və sağlam toxumaları qoruyan yeni nəsil üsullar sürətlə inkişaf etdirilir.
Bakı, 22 noyabr, AZƏRTAC Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qonaqlar Pablo Duranın 6-cı…
Bakı, 22 noyabr, AZƏRTAC Noyabrın 21-də Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir…
Ученые нашли в мозге область, где сходятся болевые ощущения и тревога. Это островковая доля, или инсула, - часть коры, скрытая глубоко за другими долями. Открытие опубликовано в научном журнале Nature, передает Day.Az со…
Yüksək qan təzyiqi olan insanlar səhər yeməyində qaynadılmış yumurta ilə qayğanaq arasında seçim edərkən hazırlanma üsuluna və istifadə olunan ərzaqlara diqqət yetirməlidirlər. Hər iki yemək zülal, B12 vitamini, selen və…
İspaniyanın məşhur tennisçisi Rafael Nadal “Real Madrid” futbol klubunun İdarə Heyətinə üzv seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı sabiq tennisçi klubun növbədənkənar iclasında keçirilən…
"Real Madrid" İspaniya La Liqasının 13-cü turunun ev oyununda "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Görüşün 6-cı dəqiqəsində Pablo Duran qonaqları irəli çıxarıb. 38-ci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini…
İspaniya La Liqasının 13-cü turunda "Real Madrid" klubu doğma meydanda "Selta"nı 2:1 hesabı ilə məğlub edib.
İspaniyanın məşhur tennisçisi Rafael Nadal
İnternet vasitəsilə foto, video və səs göndərməkdən sonra indi də qoxu ötürülməsi texnologiyası gündəmə gəlib. ABŞ-nin Ohayo Dövlət Universiteti və Çinin Zhejiang Laboratory tədqiqatçılarının hazırladığı “Scentronic”…