İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb.
Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib.
Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb.
Qurum ətraf ərazilərin sakinlərini və turistləri kraterə 5 km-dən az məsafədə yaxınlaşmamağa çağırıb.
Semeru - İndoneziyada hündürlüyünə görə dördüncü vulkan (dəniz səviyyəsindən 3 676 m) və Yava adasındakı ən yüksək zirvədir.