Çində Cinpin-Tramp-Putin görüşünə maraq azdır

ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək üçtərəfli görüş dünya mediasının gündəmində olmasına baxmayaraq, Çinin dövlət mediası bu tarixi görüşə elə də böyük diqqət ayırmayıb.

Görüşün bu gün Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində baş tutması gözlənilir.

Bununla belə, Çinin “Jenmin Jibao”, “Sinxua” kimi nüfuzlu media qurumları, eləcə də dövlət televiziyası əsas diqqəti APEC sammiti ilə bağlı xəbərlərə yönəldiblər.

Beynəlxalq mediada geniş əks-səda doğuran Tramp, Putin və Cinpinin birgə şəkilləri isə “Sinxua” agentliyində yalnız APEC sammiti çərçivəsində təşkil olunan şam yeməyindən fotoların yer aldığı qalereyada dərc edilib.