Bakının bir neçə yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.