“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı

“Qarabağ”ın əvəzedici komandası yoxlama matçında məğlub olub.

Maksim Medvedevin rəhbərlik etdiyi komanda “Akas”ın U-19 kollektivi ilə qarşılaşıb.

Görüş Qazaxıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ-2” Əvəzedicilər Liqasında 8 turdan sonra 21 xalla 2-ci pillədə qərarlaşıb.