Qazax, 18 noyabr, AZƏRTAC Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Müxbir - Ruslan Novruzoğlu