Fuad Məlikov Azərbaycanın enerji, sənaye və infrastruktur sektorlarında fəaliyyət göstərən “BBG Energy” şirkətindən ayrılıb.
Sfera.az bildirir ki, o, şirkət rəhbərliyindəki birinci müavin vəzifəsindən çıxıb.
F.Məlikov bu ilin aprel ayından həmin vəzifədə çalışıb.
O, 2021-ci ilin sentyabrından 2023-cü ilin dekabrınadək həmin şirkətin əməliyyatlar üzrə baş direktoru, 2020-ci ilin martından 2021-ci ilin sentyabrınadək əməliyyatlar üzrə direktoru, 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək isə tikinti departamentinin rəhbəri olub.
Daha əvvəl o, 2017-2019-cu illərdə “The Accurate” şirkətinin baş direktoru, 2014-2017-ci illərdə baş direktorun müavini və icraçı direktor, 2013-2014-cü illərdə isə əməliyyatlar üzrə baş direktor olub.
Onun əmək fəaliyyətinə “M&D” şirkətində satınalmalar üzrə baş direktor və digər rəhbər vəzifələr, eləcə də “CCN Holding”, “TML Construction Co.”, “EKPAR YAPI” və “Fire Fighter Sales & Service Company” şirkətlərində əməyin mühafizəsi, ətraf mühit və təhlükəsizlik sahəsində müxtəlif vəzifələr daxildir.
Fuad Məlikov 2026-cı ilin mart-may aylarında “Core Construction LLC” şirkətində layihələndirmə üzrə koordinator vəzifəsində də çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl “BBG Energy” şirkətinin strukturunda dəyişikliklər olub. Dəyişikliklər çərçivəsində Baş icraçı direktor vəzifəsinin ləğvi, Müşahidə Şurasının yaradılması və İdarə Heyətinin yeni idarəetmə prinsipləri əsasında formalaşdırılması nəzərdə tutulur./Yurd.Media