Mineralnıye Vodı–Antalya marşrutu üzrə uçan “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsinə göyərtəsində partlayıcı qurğunun olması barədə siqnal daxil olub.
Bu barədə Türkiyənin “HavaSosyalMedya” nəşri məlumat yayıb.
“Siqnal daxil olduqdan sonra müvafiq bölmələr yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Antalya hava limanına endikdən sonra təhlükəsiz zonaya yönləndiriləcək və orada təhlükəsizlik xidməti əməkdaşları tərəfindən zəruri yoxlamalar aparılacaq”, - məlumatda deyilib.