Azərbaycanda 2026-cı ilin əvvəlindən indiyədək vəkillərlə bağlı 123 iş üzrə intizam icraatı başlanılıb, Vəkillər Kollegiyası bildirib.
İcraatlar fiziki və hüquqi şəxslərdən, eləcə də dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında başlanıb.
Kollegiyanın Rəyasət Heyəti intizam işləri üzrə 102 qərar qəbul edib. Qərarlara əsasən, altı vəkil Kollegiyadan xaric edilib, 11 vəkilə xəbərdarlıq, doqquz vəkilə töhmət verilib, 27 vəkil cərimələnib, iki vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Daha 14 vəkilə gələcək fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi tapşırılıb.