Millimiz FİFA reytinqində 3 pillə irəlilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Qurumun rəsmi saytına istinadla, Azərbaycan millisi son siyahı ilə müqayisədə üç pillə irəliləyib.

Millimiz hazırda 1145.18 xalla 124-cü sırada qərarlaşıb.

Millimizin ən yaxın izləyicisi olan Ruanda (1145.08) 125-cidr. Farer adaları isə 1150.18) bir pillə irəlidədir - 123-cü yer.

Azərbaycan yığması bu ay UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.

Qeyd edək ki, FİFA reytinqinə 2004.48 xalla İspaniya başçılıq edir.