Naxçıvan, 18 noyabr, AZƏRTAC Naxçıvanda biomüxtəlifliyin qorunması, fauna ehtiyatlarının artırılması və ekoloji tarazlığın təmin olunması istiqamətində tədbirlər davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu məqsədlə Arazboyu ərazidə 10 ceyran təbii yaşayış mühitinə buraxılıb. Bu, ceyranların sayının artırılması, təbii arealının genişləndirilməsi və bölgədə ekosistemin qorunmasına töhfə vermək məqsədi daşıyır.Təbiətə buraxılan ceyranların yeni mühitə uyğunlaşması, təhlükəsizliyinin təmin olunması və populyasiyasının artırılması faunanın mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər regionun biomüxtəlifliyinin qorunmasına, nadir fauna növlərinin artırılmasına və təbii ekosistemlərin davamlılığının təmin edilməsinə xidmət edir. Müxbir - Nail Əsgərov