Ukraynanın müdafiə qüvvələri noyabrın 17-də və 18-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı İlski və Afipski neft emalı zavodlarına (NEZ) zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin teleqram kanalındakı məlumatında bildirilib.Məlumata görə, İlski NEZ ərazisində partlayışlar və tüstülənmə qeydə alınıb, rezervuarlar vurulub."Demək olar ki, eyni vaxtda Afipski NEZ-də də hava həyəcanı elan edilib. İlkin məlumata görə, burada neft emalı qurğusu vurulub. Zavodun illik gücü 6,25 milyon ton neft təşkil edir - bu da Rusiyada ümumi neft emalı həcminin 2 %-dən çoxudur", - məlumatda bildirilib.Qeyd olunub ki, ümumilikdə bu 2 zavod ildə təxminən 13 milyon ton neft emal etmək gücünə malikdir."Ölkənin cənubunda yerləşən müəssisələr cəbhədəki Rusiya qoşunlarına yanacaq tədarükü üçün ən qısa marşrut üzərindədir. Buna görə də həmin müəssisələrin hər birində baş verən yanğın Rusiya ordusu üçün dizel yanacağı və benzinin, eləcə də Rusiyanın raket və "Shahed" tipli pilotsuz uçuş aparatları almaq üçün istifadə etdiyi neft gəlirlərinin azalması deməkdir", - bəyanatda vurğulanıb.