Fransada etirazlara polislər də qoşulub: Makronun iqamətgahına yürüş edilib - Video

Fransada Həmkarlar ittifaqının bayraqlarını dalğalandıran onlarla etirazçı Daxili İşlər Nazirliyinin və Yelisey sarayının yerləşdiyi Bovo meydanına toplaşıb. Aksiya iştirakçıları Fransa prezidentinin iqamətgahının əsas girişinə gedən yolu çadırlar quraraq bağlayıblar.