Akademiyanın tələbəsi dənizdə batdı

Bu gün Sumqayıt bulvarı ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Sədrəddin oğlu Şahəliyevin tələbə olması müəyyənləşib.Oxu24.com -un məlumatına görə, dənizdə itkin düşən gənc Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.Onun hansı şəraitdə dənizə düşməsi hələlik məlum deyil.FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Əlavə məlumat veriləcək.Qafqazinfo