2026-cı ilin sonunadək dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə namizədlərə veriləcək sualların əhatə dairəsi ilə bağlı yeni qayda müəyyənləşib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək.
Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata əsasən, dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi ilə əlaqədar 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.
Bildirilib ki, bu barədə müvafiq qərar Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qəbul edilib