Putin və Tramp Çində görüşdülər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşüblər.

Onlar sammit iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbul zamanı əl sıxaraq qısa söhbət ediblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət ayaqüstü baş tutub.