Baklovun millisi finalda darmadağın oldu

"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinin heyətində növbəti oyununa çıxıb.

32 yaşlı "əlcək sahibi"nin Taylandda keçirilən "King’s Cup 2026" beynəlxalq turnirinin finalında meydan sahibləri ilə qarşılaşıb.

Bu görüşdə Tacikistan 0:3 uduzub. Tacikistan millisinin 38-ci dəqiqədən etibarən azlıqda qalması matçın taleyini həll edib.

Baklov 90 dəqiqə meydanda olub, 38-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.