Millimiz FİFA reytinqində mövqeyini yaxşılaşdırıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1145,18 xalla üç pillə irəliləyərək 124-cü sıraya yüksəlib.
Millimizin reytinqdə irəliləməsinə Millətlər Liqasında Lixtenşteynə (1:0), eləcə də beynəlxalq yoldaşlıq görüşündə Andorraya (3:1) hesablı qələbələri səbəb olub.
Reytinq cədvəlinə 2004,48 xalla İspaniya millisi başçılıq edir. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü yerdə qərarlaşıb.