Bakı, 20 noyabr, AZƏRTACTayvan hökuməti gələn həftə adada keçiriləcək seçkilərə təsir göstərməyə çalışdığı ehtimal edilən təxminən 2700 sosial media hesabını “Meta” şirkətinə təqdim edib. AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, son həftələrdə Tayvan rəsmiləri “Meta” şirkətinə məxsus, adada populyar olan mətnəsaslı “Threads” platformasında koordinasiyalı Çin təsir əməliyyatlarında istifadə edildiyi ehtimal olunan hesabları müəyyən ediblər.Demək olar ki, hamısı son dörd ay ərzində yaradılmış bu hesablar qruplar şəklində açılıb və onların əksəriyyətinin çinmənşəli olduğu müəyyən edilib.Tayvanda noyabrın 28-də mer və dairə rəhbərləri seçkiləri, 2028-ci ilin əvvəlində isə prezident seçkiləri keçiriləcək.Rəsmilər bildiriblər ki, “Threads” platforması Tayvanda geniş populyarlıq qazandığı üçün ehtimal olunan kampaniyanın əsas hədəfinə çevrilib. Bununla belə, “Instagram”da oxşar hesablar aşkar edilməyib. Tayvanın diqqətə çatdırdığı 2400 “Threads” hesabının 74 faizində yerləşmə yeri kimi Çin göstərilib, təxminən 25 faizi bu barədə məlumat verməyib, 1 faizi isə Rusiyanı qeyd edib. Bildirilir ki, hesablar oxşar Çin adları və fərqli rəqəmsal identifikatorlardan istifadə etməklə 27 qrupa bölünüb.