Tbilisi, 20 noyabr, AZƏRTACGürcüstan hökumətinin qərarı ilə noyabrın 22-si matəm günü elan edilib.AZƏRTAC xəbər verir ki, Tbilisinin Kvemo Poniçala qəsəbəsində yaşayış binasının uçması nəticəsində biri azyaşlı olmaqla 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Hökumətin qərarı ilə həmin gün Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi