“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanun imzalayıb.
Bildirilib ki, avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Həmçinin dövlət başçısının imzaladığı digər Qanuna əsasən, avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təsdiq edilib.