İspaniyanın "Real" klubu futbolçusu Arda Gülərlə müqavilənin müddətini uzadıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2032-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Türkiyə millisinin üzvü 2023-cü ildən "kral klubu"nun formasını geyinir.