Antalya, 18 noyabr, AZƏRTAC Türkiyənin ev sahibliyi etdiyi COP31 çərçivəsində ilk dəfə təşkil olunan COPArt incəsənət proqramı Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Türkiyənin mirası kimi qəbul edilib və gələcək İqlim Dəyişikliyi üzrə Tərəflər Konfranslarında (COP) da davam etdiriləcək.AZƏRTAC xəbər verir ki, COP31-in Yaşıl Zonasında təşkil olunan sərgidə 1000-dən çox sənət əsəri və 57 instalyasiya nümayiş olunur.Yerli və xarici rəssamların əsərlərinin yer aldığı COPArt-da iqlim böhranı, biomüxtəliflik, ətraf mühitin mühafizəsi, davamlılıq, müharibə və miqrasiya mövzuları incəsənətin universal dili ilə təqdim edilir. Burada, həmçinin meşələrin məhv olması, buzlaqların əriməsi və ekoloji tarazlığın pozulmasını əks etdirən əsərlər yer alır.Təşkilatçıların bildirdiyinə görə, layihənin məqsədi qlobal ekoloji problemlərə diqqət çəkmək və iqlim böhranının humanitar və mədəni tərəflərini sənət vasitəsilə çatdırmaqdır. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya