ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü dünyanın üç ən böyük nüvə dövlətinin, iqtisadi gücünün görüşüdür.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.

"Bu görüş dünyada gedən proseslərə təsiri olan ölkə liderlərinin görüşüdür. Bununla təbii ki gözləntilər var. Dünyanı maraqlandıran mövzular daha çox münaqişələr, müharibənin həlli üçün bu görüşün töhfə verməsidir. Güman edək ki, bu mövzular müzakirə ediləcək", - nazir əlavə edib.