Vyetnam yaxın zamanlarda Azərbaycanda səfirlik açacaq.
Bunu Vyetnamın Baş naziri Le Minh Hunq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Azərbaycanın dövlət başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyib və qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.