Xırdalanda ŞOK: keçmiş sevgilisini xatırlayan gənc özünü bıçaqladı

Abşeron rayonu, Xırdalan şəhərində qeyri-adi hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı M.M. yaşadığı evdə dostları ilə yeyib-içdikdən sonra keçmiş sevgilisini xatırlayıb. Bundan sonra o, bıçaqla qarın nahiyəsinə bir dəfə zərbə endirərək özünü yaralayıb.

Xəstəxanaya yerləşdirilən gəncin vəziyyətinin normal olduğu bildirilir.