Bakı, 18 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 Çağrı Mərkəzində bu günlərdə pilot layihəyə start verəcəyik. Artıq süni intellekt də vətəndaşların suallarını cavablandıracaqAZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Gələcəyin Peşələri Sammitinin rəsmi açılış mərasimində çıxış edərkən deyib."Artıq model hazırdır, təlimləndirilib və pilot olaraq bu günlərdə istifadəyə veriləcək. İlk olaraq saat 15:00-dan 17:00-dək olan hər dörd zəngdən birini süni intellekt qəbul edəcək. Paralel olaraq operatorlarımız da prosesdə süni intellektin verdiyi cavablara nəzarət edəcək. Əgər süni intellekt hər dəfə yanlışlığa yol versə, vətəndaşlarla geri əlaqə saxlanılacaq". Müxbir - Günel Türksoy Fotoqraf - Tofiq Babayev Videooperator - Şövqi Əzizov