Astana, 18 noyabr, AZƏRTAC Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur - “Samruk-Kazına” Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolu” SC-nin rəhbəri Eljas Otınşiyevin barəsində həbs qətimkan tədbiri seçib.AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, rəhbər şəxslər korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər.Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bu məmurlar noyabrın 12-də müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və noyabrın 14-də istintaq məhkəməsi onların barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib.Məhkəməyəqədər istintaq davam edir. İşin əlavə təfərrüatları açıqlanmayıb. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana