Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb. Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdən birinin hamam otağında aşkar edilib.Evin onun dostu A.Məmmədova məxsus olması bildirilib.Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.