"Yüksəliş": İnsan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə - Foto

Dövlətin uzunmüddətli rəqabət üstünlüyünü müəyyən edən amillərdən biri ölkədə istedadlı insanların sayı, digəri isə həmin insanları vaxtında müəyyən etmək, inkişaf etdirmək və onların potensialının reallaşması üçün imkanlar yaratmaq bacarığıdır. Birincisi ölkənin mövcud sərvətidir, ikincisi isə düşünülmüş dövlət siyasətinin nəticəsidir.