İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu - Video

"İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 18-ci kilometrində hərəkət hissəsinə tökülən qaya parçaları ərazidən təmizlənib".

Bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

"Hazırda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala tökülməsi nəticədə hər iki istiqamətdə hərəkət məhdudlaşmışdı. (Oxu.az)