Bakı, 17 noyabr, AZƏRTAC İşğaldan azad olunmuş Füzuli torpaqlarında aqrar sektorun inkişafı və kənd təsərrüfatı dövriyyəsinin bərpası istiqamətində mühüm layihələr icra olunur. Rayon ərazisində yüzlərlə hektar sahədə salınan intensiv badam bağları müasir aqrotexniki qaydalar və damcı suvarma sistemləri əsasında becərilir. Səliqəli cərgələrlə uzanan yamyaşıl ağaclar Füzulidə düzən torpaqlara yeni nəfəs verməklə yanaşı, bölgənin iqtisadi və ixrac potensialının güclənməsinə də zəmin yaradacaq. AZƏRTAC Füzulidə salınan yeni badam bağlarından fotoları təqdim edir.