Bəhreynin hava hücumundan müdafiə qüvvələri İran istiqamətindən ölkəyə hücum edən bir neçə hava hədəfini zərərsizləşdirib.
Bu barədə çərşənbə günü krallığın silahlı qüvvələrinin Baş Komandanlığına istinadən BNA agentliyi məlumat yayıb.
Hərbi komandanlığın məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir neçə hava hücumunun qarşısını alıb. Bu tədbirlər İranın hücumlarına cavab olaraq qiymətləndirilib.
Hərbçilər baş verənlərin təfərrüatlarını açıqlamayıblar. Xüsusilə, zərərsizləşdirilən hədəflərin sayı və hücumların mümkün nəticələri barədə məlumat verilməyib.
Bəhreyn Daxili İşlər Nazirliyi birbaşa təhlükənin aradan qalxdığını elan edib. Nazirlik qüvvədə olan təhlükəsizlik və ehtiyat tədbirlərinin davam etdirildiyini vurğulayıb.