Dünya əmtəə birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. Həm "Brent", həm də "WTI" markalı xam neftin fyuçers müqavilələri üzrə qiymətləri geriləyib.
Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin yanvar ayında tədarükü üzrə fyuçerslərinin qiyməti 0,27 faiz azalaraq bir barel üçün 92,89 dollar təşkil edib.
ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən NYMEX əmtəə birjasında isə "WTI" markalı neftin 2026-cı ilin dekabr ayında tədarükü üzrə müqavilələrinin dəyəri 0,93 faiz geriləyib. Nəticədə bu markalı neftin bir bareli 85,21 dollara düşüb.